1Xbet
1Xbet
Valideynlər Diqqət! Bu Oyun Uşaqları İntihara Sürükləyir! (OXUYUN)
Maraqlı
13.02.2021 14:55
731

Valideynlər Diqqət! Bu Oyun Uşaqları İntihara Sürükləyir! (OXUYUN)

Loading...

Dünyada uşaq və yeniyetmələri intihara sürükləyən "Mavi balina"dan sonra bu dəfə "Mariam" oyunu gündəmə gəlib.

Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyi bu oyunla bağlı artıq məhkəmə qərarına nail olub. Qərara əsasən, oyunun Türkiyə ərazisində oynanılması əngəllənib.

Kanal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı vətəndaşı Salman Əl-Hərbinin yaratdığı oyun xüsusilə Yaxın Şərqdə geniş yayılıb. Oyunda "Mariam" adında 9 yaşlı qız itkin düşdüyünü bildirərək, evə dönmək üçün oyunçudan yardım istəyir. 

Oyuna başlamazdan əvvəl şəxsin adı, ünvanı, yaxın çevrəsi barədə məlumat toplanır, sosial şəbəkələrə giriş izni istənilir. Daha sonra oyunçuların mobil telefonlarına zəng edilərək qorxu filmlərindəki kimi səslər dinlədilir. Mütəxəssislərin fikrincə, bu oyunlar intihara sürükləyə bilər. 

Xatırladaq ki, dünyanın bir sıra ölkəsində "Mavi balina" oyunu uşaq və gənclərin intiharına səbəb olub. Bu dəfə isə "Mariam" oyununun "Mavi balina"nı əvəz edəcəyi narahatlığı var. 

Kanal.az

Loading...
close
close