Uşaqlar çimərlikdə balıqqulağı yığdığı üçün 88 min dollar cərimə gəldi -
Uşaqlar çimərlikdə balıqqulağı yığdığı üçün 88 min dollar cərimə gəldi
ABŞ-də bir qadın uşaqları ilə birlikdə çimərliyə gedib və övladları balıqqulağı yığdığı üçün külli miqdarda cərimələnib.
Bu barədə "ABC 30" məlumat yayıb.
Kaliforniya ştatının Fresno şəhər sakini Şarlotta Rass ailəsi ilə kiçik bir səyahət təşkil etməyə qərar verərək uşaqları ilə birlikdə "Pismo Beach" kurort şəhərinə yollanıb.
Çimərlikdə uşaqlar balıqqulağı axtarmağa başlayıb və 72 ədəd toplayıblar.
Onlar "Pismo Beach"də balıqqulağı yığmağa ciddi məhdudiyyətlər tətbiq edilməsindən xəbərsiz olublar. Belə ki, övladları balıqqulağı topladığı üçün qadına 88 min ABŞ dolları (149 min 600 AZN) cərimə gəlib.
- Maraqlı
- 06 İyun 2024