64aa9905b8ecf202307232453

Uşağı əlindən alınan qadını döyüb ...

Moskvada yeniyetmə və onun tanışı bir müddət əvvəl övladı ondan alınan anaya təcavüz etməkdə şübhəli bilinir.

KANAL.AZ lent.az-a istinadən bildirir ki, 40 yaşlı zərərçəkmişin qonşuları polisə onun iki yaşlı oğluna lazımi diqqət göstərmədiyini bildiriblər. Onların fikrincə, qadın asosial həyat tərzi keçirir və tez-tez içki qəbul edir. Eyni zamanda uşaq öz başına qalıb, bir neçə dəfə avtomobil yoluna çıxıb.

Ana ilə profilaktik söhbət aparılıb. Lakin iyulun 5-də o, oğlunu uşaq meydançasında döyüb, daha sonra skamyada yatıb. Bundan sonra uşaq ixtisaslaşdırılmış müəssisəyə aparılıb.

Nəzarətdən qayıdan qadın iki qutu pivə alıb. O, metronun yaxınlığında iki gənclə tanış olaraq onlarla içib. Spirtli içki qəbul edərkən onların arasında münaqişə yaranıb, bu zaman yeniyetmələr qadını döyüb, sonra isə zorlayıblar. Bundan əlavə, onun mobil telefonunu oğurlayıblar.

Qadın zorlama zamanı sərxoş vəziyyətdə olduğu üçün polisə müraciət etmək istəməyib. O, bu məlumatın qəyyumluq orqanlarına çatacağından və oğlunun ona qaytarılmamasından qorxub. Bununla belə, hüquq-mühafizə orqanlarının əməkdaşları küçədə qan içində gəzən qadını görüblər.

Polis qısa müddətdə şübhəliləri yaxalaya bilib. Onlardan birinin 19 yaşı, digərinin isə azyaşlı olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


BiG.Az