61f287130583d_dyrtjdjtyjtydj

Ukraynaya göndərilən hərbi kömək ŞOK yaratdı: "Zarafat edirsiniz yoxsa ciddisiniz?"

Almaniyanın Ukraynaya hərbi yardım göndəriləcəyi barədə açıqlaması müzakirələrə yol açıb.

Kanal.az xəbər verir ki, Almaniyanın Müdafiə Nazirliyi Ukraynaya 5 min dəbilqə göndəriləcəyini açıqlayıb. Berlinin bu dəstəyi Ukraynada “zarafat” kimi qəbul olunub. Sakinlər bu xəbərin ciddi olduğuna inanmayıb. Kiyevin Bələdiyyə sədri Vitali Kliçko deyib:

“Deməyə söz tapmıram. Almaniya növbəti dəfə dəstək üçün nə göndərəcək? Balış?”

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Almaniyadan silah yardımı istəsə də, rədd cavabı alıb.