Ukraynanın üstündən XƏTT ÇƏKİLDİ:  BU TARİXDƏ yox olacaq
Dünya
26.08.2021 17:51
309

Ukraynanın üstündən XƏTT ÇƏKİLDİ: BU TARİXDƏ yox olacaq

Özünü Donetsk Xalq Respublikası elan edən Xalq Şurasının (Parlament) deputatı Alexander Bykadorov, Qərbin Ukrayna marağının itdiyini açıqlayıb.

Kanal.az xəbər verir ki, deputat bu sözləri RİA Novosti agentliyinə deyib. Bykadorova görə, 10 ildən sonra Ukrayna olmayacaq.

Александр Быкадоров

"Parçalanma artıq başlayıb və yalnız bundan sonra daha da sürət qazanacaq. Krım, Donbass respublikaları artıq öz yolu ilə gediblər, Rusiya ilə ayrılmaz şəkildə bağlıdırlar. Xarkov , Odessa, Dnepropetrovsk, Zaporojye, Xersona gəldikdə isə məqsəd oradakı nasist xuntasının müqavimətini əzməkdir. Amma bu sonsuza qədər davam etməyəcək”.

Bykadorov, Ukraynanın bir dövlət olaraq yaşaya bilməsi üçün təkliflər də verib. Onun fikrincə Ukrayna siyasi vektorlarını dəyişməlidir. Həmçinin Qərb ilə münasibətlərinə də yenidən baxmalıdır.


Paylaş:
Loading...
Loading...