Ukraynadan Ərdoğanın təklifinə cavab

  • Dünya
  • 29 May 2022 23:18
  • Oxunub: 208

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı və rusiyalı həmkarları - Vladimir Zelenski və Vladimir Putini birgə telefon danışığı keçirməyə dəvət etdikdən sonra Ukrayna ilkin razılığını verib.

Kanal.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

O bildirib ki, Ukrayna tərəfi Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır:

"Bu, nə dərəcədə realdır, onu deyə bilmərəm. Bu razılaşmalar Türkiyə və Rusiya prezidenti arasında olub. O ki qaldı Ukrayna Prezidenti Ofisinin mövqeyinə, Rusiya Prezidenti razılıq versə, biz də buna baxacağıq".

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...