Ukraynadan daha 9 azərbaycanlı təxliyə olundu

  • Gündəm
  • 06 May 2022 21:18
Ukraynadan daha 9 azərbaycanlı təxliyə olundu
  • Oxunub: 161

Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar.

Bu barədə kanal.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...