62fb9036cadd3202208224022

Ukraynada azərbaycanlı döyüşçü həlak oldu

Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.

Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzovun məlumatına görə, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada "Gürcü legionu"nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.

O, Donetsk vilayəti istiqamətində həlak olub.

V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.