Ukrayna uğrunda döyüşmək istəyirəm - Saakaşvili müraciət etdi
Ukraynanın suverenliyini müdafiə etməyə hazıram.
Kanal.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanadan yazdığı məktubunda qeyd edib.
"Mən məhbusam, Gürcüstanda həbsdəyəm, amma ürəyim Ukraynadadır. Səhhətim pisdir, amma istərdim ukraynalı həmyerlilərim bilsinlər ki, məni əsgərlərimizin qəhrəmanlığını, xalqın birliyini, Prezident Zelenskinin rəhbərliyini, bütün Ukraynanı mənəvi və fiziki cəhətdən dəstəkləyirəm. Qələbəyə sonsuz inamım var”, - Saakaşvili yazıb.
- Dünya
- 17 Avqust 2022