“Ukrayna Rusiyanın başladığı bu müharibədə mütləq qalib gələcək”.
Kanal.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Sinqapurda keçirilən Şanqri-La Dialoq sammitində nümayəndələr qarşısında çıxış edən zaman deyib.
Rusiya blokadası səbəbindən Ukraynanın kifayət qədər ərzaq ixrac edə bilmədiyini qeyd edən Zelenski, dünyanı kəskin və şiddətli ərzaq böhranı və qıtlıqla qarşı-qarşıya qalacağı ilə bağlı xəbərdarlıq edib.