Luqansk bölgəsində Ukrayna ordusu Rusiyanın 5 hərbi təyyarəsini və 1 helikopterini məhv edib.
Kanal.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Lakin Rusiya tərəfi təyyarələrinin vurulması barədə xəbəri təkzib edib. Rusiyanın xəbər agentlikləri bildirir ki, Rusiya Qara dənizdən müdaxiləyə başlayıb. Rusiya ordusu Ukraynanın bütün ərazilərindəki hərbi mərkəzləri bombalayır. Kiyevdə partlayış səsləri eşidilir.
Ukrayna tərəfinin nəlumatına görə, Luqanskda 2 kənd rus birlikləri tərəfindən ələ keçirilib.