Ukrayna ordusu Xersonda irəliləyir: 20 km qaldı...

  • Dünya
  • 14 İyun 2022 13:28
62238fb1e80d9_xerson
  • Oxunub: 138

Artıq ikinci həftədir ki, Ukrayna ordusu Xerson istiqamətində uğurlu əks-hücum əməliyyatlarını davam etdirirlər. Ordu qüvvələri Tavriyskidən daha 5 km irəliləyiblər.

Kanal.az xəbər verir ki, bunu Xerson vilayət administrasiyasının rəhbəri Sergey Xlanya deyib.

“Biz Tomina Balkaya yaxınlaşırıq, bu da işğalçıların olduğu Xersondan 20 km aralıdadır. Hazırda döyüşlər Tavriyski və Tomina Balka arasında gedir”, - Xlanya bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusunun elə taktiki qələbələri var ki, onlar mütləq əks-hücuma çevrilməlidir:

“İşğalçılar nə qədər geri qayıtmağa, itirilmiş mövqeləri geri almağa çalışsalar da, buna nail ola bilmirlər, əksinə, daha da geriyə çəkilirlər”.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...