Ukrayna ordusu rusları geri oturtdu

Ukrayna ordusu Rusiya ilə sərhədə çatdı: Zelenskiyə raport verildi - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb.

Kanal.az xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin feysbuk səhifəsi video paylaşıb.

Məlumata görə, 127-ci ərazi müdafiə briqadasının 227-ci batalyonunun hərbçiləri Prezident Volodimir Zelenskiyə döyüş tapşırığının yerinə yetirilməsi barədə raport veriblər.

Döyüşçülər mayın 15-də Rusiya Federasiyası ilə sərhədə çıxıblar. Onlar Xarkov vilayətinin şimalının Rusiya hərbçilərindən təmizlənməsi əməliyyatı zamanı əldə edilən strateji uğurdan danışıblar.