Yaxın həftələrdə Ukrayna ordusunun əks-hücumları Xerson və Zaporojyedəki rus hərbçilərini daha da təhdid edəcək.
Kanal.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin son əks-hücumları uğurlu olub:
“Ukraynanın əks-hücumları Rusiya qoşunlarını xüsusən də Xerson və Nikolayev vilayətlərinin sərhədləri boyunca geri çəkilməyə vadar edəcək. Növbəti həftələrdəki əks-hücumlar Xersondakı ruslar üçün ciddi təhdidə çevriləcək. Zaporojye vilayətində Ukraynanın uğurlu əks-hücumları işğalçıları təcili olaraq cəbhə xəttinin bu zəifləmiş hissəsinə əlavə qüvvələr köçürməyə məcbur edir”.