Ukraynanın bu şəhəri uğrunda şiddətli döyüşlər gedir

Ukrayna əks-hücuma keçir: Ruslar yeni qüvvələr yığır

<p><b>Yaxın həftələrdə Ukrayna ordusunun əks-hücumları Xerson və Zaporojyedəki rus hərbçilərini daha da təhdid edəcək.</b></p><p>Kanal.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.</p><p>Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin son əks-hücumları uğurlu olub:</p><p>“Ukraynanın əks-hücumları Rusiya qoşunlarını xüsusən də Xerson və Nikolayev vilayətlərinin sərhədləri boyunca geri çəkilməyə vadar edəcək. Növbəti həftələrdəki əks-hücumlar Xersondakı ruslar üçün ciddi təhdidə çevriləcək. Zaporojye vilayətində Ukraynanın uğurlu əks-hücumları işğalçıları təcili olaraq cəbhə xəttinin bu zəifləmiş hissəsinə əlavə qüvvələr köçürməyə məcbur edir”.</p>