UEFA Mahir Emrelinin komandasını cəzalandırıb

  • İdman
  • 29 Yanvar 2022
61f519aec9a22_gf-KiSf-28k4-2i8n_mahir-emreli-664x442

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məxsus olduğu Polşa “Legiya”sı cəzalanıb.

Kanal.az xəbər verir ki, Varşava təmsilçisi UEFA tərəfindən cərimələnib.

Belə ki, “Spartak”la görüşdə "Legiya" azarkeşlərinin qaldırdığı bannerə görə, Mahirin komandası 17 min 500 avro cərimə ödəyəcək.

Qeyd edək ki, “Legiya” öz meydanında 0:1 hesabı ilə uduzub.

Oxşar xəbərlər