UEFA “Qarabağ“ın müdafiəçisi Elvin Cəfərquliyevin Çempionlar Liqasının “Ulduzlar” oyununun rəmzi komandasına daxil edilməsi ilə bağlı qərar qəbul edib.
Kanal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc olunub. Belə ki, “Qarabağ“ın müdafiəçisi Elvin Cəfərquliyev də həftənin ən yaxşıları arasında yer alıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev “Qarabağ“ın evdə Almaniyanın “Ayntraxt Frankfurt” klubunu 3:2 hesabı ilə məğlub etdiyi oyunda 90 dəqiqə meydanda olub. O, bir məhsuldar ötürmə ilə yadda qalıb. (news24.az)
