Üç qardaş: Azərbaycan, Türkiyə və Pakistan orduları bir araya gəlir
Ölkə
06.09.2021 17:09
563

Üç qardaş: Azərbaycan, Türkiyə və Pakistan orduları bir araya gəlir

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Kanal.az-a bildiriblər ki, müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.


Paylaş:
Loading...
Loading...