Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiyaya səfəri öncəsi gözlənilməz problemlə qarşılaşıb.
Kanal.az xəbər verir ki, bu barədə N1 kanalı məlumat yayıb.
Belə ki, üç ölkə - Monteneqro, Şimali Makedoniya və Bolqarıstan rusiyalı nazirin təyyarəsinə ölkə üzərindən uçuş icazəsi vermir.
Məhz bu səbəbdən Lavrovun 6-7 iyun tarixlərində Serbiyaya səfəri baş tutmaya bilər. /axar.az