Türkiyənin Suriyadakı hədəfləri budur: Ordu Ankaranın əmrini gözləyir - Erkmen

  • Dünya
  • 12 İyun 2022 13:44
  • Oxunub: 654

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında hərbi əməliyyata başlamaq üçün Ankaranın əmrini gözləyir.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

“Türkiyə ordusu Suriyanın şimalında 5-ci əməliyyata hazırlaşır və Ankaranın əmrini gözləyir”, - məlumatda qeyd olunub.

Türkiyəli politoloq Sərhat Erkmen qəzetə açıqlamasında deyib ki, həyata keçiriləcək əməliyyatın bir sıra məqsədləri var:

“Türkiyənin bu əməliyyatda əsas məqsədi sərhəddə PKK terror təşkilatı və ölkənin təhlükəsizliyinə təhdidlə mübarizə aparmaqdır. Son hədəf isə suriyalı qaçqınların geri qayıdışını təmin etməkdir. Türkiyə PKK ilə mübarizə çərçivəsində daha geniş əraziyə nəzarət etməyə və Suriyadakı separatçı təşkilatın təsir zonasını minimuma endirməyə çalışır. Bu gün gəldiyimiz nöqtəyə görə, həm Suriyada daxili tarazlıqların qismən dəyişməsi, həm də beynəlxalq mühitin dəyişməsi səbəbindən terrorla mübarizədə irəliləmək imkanı var. Türkiyə hazırda bu fürsətdən istifadə edir”.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...