Türkiyənin ilk mini peyki kosmosa buraxıldı

  • Dünya
  • 13 Yanvar 2022
peyk

Türkiyənin ilk mini peyki – “Grizu-263A” Ankara vaxtı ilə saat 18:25-də ABŞ-ın Florida ştatındakı Kanaveral burnundakı kosmodromdan uğurla fəzaya buraxılıb.

Kanal.az xəbər verir ki, ölçüləri baxımından cib peyki adlandırılan cihaz Türkiyənin Zonquldak vilayətinin Bülənt Əcəvit Universitetinin mühəndislik fakültəsi tələbələrindən ibarət kosmos komandası tərəfindən əsas rabitə ehtimallarının həyata keçirilməsi məqsədilə hazırlanıb. Peyk “Space X” şirkətinin “Falcon 9” raketi ilə orbitə göndərilib.

Peykin 525 kilometrə yaxın aşağı yer orbitində 4 il 8 ay xidmət göstərməsi planlaşdırılır.

Oxşar xəbərlər