Türkiyəni təhdid etdi: “Savaşa hazırıq”
Dünya
15.10.2021 15:49
303

Türkiyəni təhdid etdi: “Savaşa hazırıq”

Yunanıstan və ABŞ arasında Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişi yenilənib.

Kanal.az xəbər verir ki, Yunanıstan Xarici işlər naziri Nikos Dendias ABŞ Dövlət katibi Entoni Blinkenlə sazişin imzalanmasından sonra Türkiyə əleyhinə təkəbbürlü açıqlama verib.

Dendias Türkiyənin adını çəkmədən suverenliklərinin təhdid edildiyini və müharibəyə hazır olduqlarını söyləyib.

Nazir ABŞ və Yunanıstan arasındakı bu addımın hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün qarşılıqlı şəkildə maraqlı olduğunu göstərdiyini deyib./teleqraf/

Paylaş:
Loading...
Loading...