Təyyarə qəzasının anbaan görüntüləri və digər təfərrüatlar - Hadisə ilə bağlı generaldan şok iddia

  • Manşet
  • 11 Noyabr 2025
69135ace40d65202511254830

Qəzaya uğrayan C130 təyyarəsində olan hərbçilərin sayı açıqlanıb.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarədə 20 hərbi personal olub.

Xatırladaq ki, Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi bu gün Gürcüstan ərazisində rabitə əlaqəsini itirib və qısa müddət sonra sərhədyanı dağlıq ərazidə yerə düşüb. (metbuat.az)

***

“C-130 hərbi yük təyyarələri asanlıqla qəzaya uğramaz. Doğrudur, bunlar köhnədir, təxminən, 60-70 yaşları var, amma 4 motora sahibdir. Bir motor sıradan çıxsa belə, digəriləri təyyarənin idarəsini saxlamağa qadirdir. Eyni zamanda, quş sürüsü ilə toqquşma olsa belə, istənilən yerə asanlıqla gedə, yaxın bir əraziyə eniş edə bilərlər”.

Globalinfo.az xəbər verir ki, bunu təqaüddə olan türkiyəli general Hüseyn Fazla deyib.

Onun sözlərinə görə, bu qəzanın arxasında müxtəlif versiyalar ola bilər:

“Terror ehtimalını gözardı etmək olmaz. Lakin bölgədə bunun baş verməsi üçün hər hansı gərginlik yoxdur. Bəs görəsən, bu hadisə nədən baş verib? İdarənin itirilməsi, elektrik sistemlərinin sıradan çıxması da ehtimallar sırasındadır.

Hadisənin gündüz baş verməsi müsbət haldır. Xilasedicilər üçün əlverişli fürsət yaradır. Azərbaycan da lazımi dəstəyi verəcək. İran Prezidentinin təyyarəsinin qəzaya uğraması zamanı Türkiyənin atdığı addımlar təkrarlana bilər. Müəyyən icazələr alınaraq həmin ərazilərdə axtarışlar aparılacaq”.

Qeyd edək ki, bir qədər əvvəl Gəncədən qalxan hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

***

Xəbər verdiyimiz kimi, Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, qəzanın başvermə anının video görüntüləri sosial şəbəkələrdə yayılıb.

MÖVZU İLƏ BAĞLI:
Ehtiyac yaranacağı halda Azərbaycan FHN xilasetmə əməliyyatlarına CƏLB EDİLƏCƏK

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarədə 20 hərbi personal olub.

Oxşar xəbərlər