Türkiyədən Şuşa Bəyannaməsi ilə bağlı AÇIQLAMA
Şuşa Bəyannaməsi xalqlarımızın gələcəyi üçün çox önəmlidir, belə ki, bu bəyannamə ilə Azərbaycan və Türkiyə arasında olan əlaqələr daha fərqli bir müstəviyə çıxır.
Kanal.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.
“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə əlaqələrinin dünəninin, bugününün bütün sahələrini əhatə edərək bu əlaqələri sağlam təməlləri üzərində gələcəyə aparan bəyannamədir”, - deyə administrasiyadan bildirilib.
Prezident Administrasiyasından onu da qeyd ediblər ki, bəyannamayə əsasən Azərbaycan və Türkiyə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər.
Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.
- Dünya
- 13 Fevral 2022