6336c9c3e7c5a202209224939

Türkiyədən ŞOK HÜCUM: Çox sayda qırıcı sərhədi keçdi - "Liderlər"in toplandığı yer bombalandı

Türkiyə ordusunun İraqın şimalındakı Asos bölgəsində keçirdiyi antiterror əməliyyatlarının detalları məlum olub.

Kanal.az Trthaber-ə istinadən xəbər verir ki, hava hücumlarında PUA-lar, qırıcılar və havadan xəbərdarlığa nəzarət təyyarələri iştirak edib. Hücum zamanı terrorçulara məxsus mağaralar, düşərgələr, silah anbarları və “qərargahlar” olmaqla 16 hədəf yerlə bir edilib. Məlumata görə, hədəflər sərhəddən 140 kilometr məsafədə yerləşib. Məlumata görə, əmr veriləndən sonra Türkiyə hava qüvvələrinə məxsus 10-dan çox təyyarə ölkənin 3 fərqli vilayətindən havaya qalxaraq İraqa daxil olub. Hücumlardan sonra terrorçuların olduğu ərazidə şiddətli partlayış səsləri eşidilib.

Məlumata görə, hədəfə alınan düşərgələr arasında qruplaşma liderlərinin toplantılar təşkil etdiyi düşərgə də olub. PKK terrorçuları Asos vilayətindən baza kimi istifadə edirlər.