Türkiyədə qoldan sonra Azərbaycan mahnısı səsləndirildi - VİDEO

  • İdman
  • 17 Yanvar 2022 22:27
61e5b56c6299f_hfhtyjhtyjj
  • Oxunub: 2017

Türkiyənin III Liqasının (sayca IV divizion) II qrup matçının XX turunda stadionda Azərbaycan mahnısı səsləndirilib.

Kanal.az-ın xəbərinə görə, İğdır şəhər stadionunda keçirilən “Alagöz Holdinq” – “Başkənt Universiteti Alanya Kestelspor” oyununda meydan sahiblərinin futbolçusu, vaxtı ilə Türkiyə millisi, “Beşiktaş” və “Trabzonspor” kimi klublarda oynamış Batuhan Karadəniz qol vurub. 

30 yaşlı hücumçu 74-cü dəqiqədə akrobatik zərbə ilə hesabı açıb. Bundan sonra cənubi azərbaycanlı soydaşımız İbrahim Əlizadənin oxuduğu “Səni deyirlər” mahnısı səsləndirilib.

Qeyd edək ki, görüş İğdır komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. / oxu.az

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...