Türkiyədə insanları peyvənd olunmağa razı salmaq üçün evlərə gedəcəklər
Maraqlı
16.04.2021 05:20
596

Türkiyədə insanları peyvənd olunmağa razı salmaq üçün evlərə gedəcəklər

Loading...

Türkiyədə koronavirusa qarşı peyvəndə razı salmaq üçün qruplar fəaliyyətə başlayacaq.

“Hürriyet” xəbər verir ki, ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bu barədə açıqlama verib.

Nazirliyin nəzdində növbəsi çatanları peyvənd edilməyə razı salmaq üçün ailə həkimlərinin rəhbərliyi altında özəl qruplar yaradılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “peyvənd növbəsi çatanların bu imkanı dərhal dəyərlədirmələrini istəyirəm” deməsindən sonra bu istiqamətdə işə başlanıb.

Bu qruplar növbəsi gəlsə də, peyvənd olunmayanların evlərinə gedəcək, vətəndaşlardan niyə peyvənd edilmədiklərini soruşacaq və peyvəndin faydaları barədə məlumat verəcəklər.

Loading...
close
close