Türkiyə XİN Makronun sözlərinə -  Cavab verdi
Gündəm, Cəmiyyət
25.03.2021 01:12
2393

Türkiyə XİN Makronun sözlərinə - Cavab verdi

Loading...

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fransa Prezidenti Emmanuel Makronun fransız televiziya kanalına verdiyi müsahibədəki ifadələrini şərh edib.

“Qafqazinfo” xəbər verir ki, H.Aksoy Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqındakı sözləri və Türkiyənin Fransa seçkilərinə müdaxilə edəcəyinə dair açıqlamasına sərt reaksiya göstərib.

“Ölkələrimiz arasındakı dostluq və müttəfiqlik əlaqəsi əleyhinə istifadə etdiyi ifadələri qəbuledilməz hesab edirik. İki ölkə arasında yaşanan gərginliklərin yerinin sükunət və dostluq alması üçün addımlar atdığımız bu dönəmdə cənab Makronun bu açıqlamalarının uğursuz olduğunu düşünürük”, - o deyib.

XİN sözçüsü Makronun Türkiyənin Franasanın daxili siyasətinə müdaxilə ilə bağlı açıqlamasına da münasibət bildirib:

“Cənab Makronun Türkiyənin Fransanın daxili siyasətinə gələcək seçkilər üzərindən müdaxilə edəcəyi barədə irəli sürdüyü iddia ölkədə yaşayan əcnəbi mənşəli toplumları özgələşdirir və bunu təhlükəli hesab edirik.

Türkiyənin Fransada yaşayan təxminən 800 min türk toplumunun rifahı, könül rahatlığı və uyğunlaşması xaricində, Fransanın daxili siyasəti ilə əlaqəli bir gündəmi yoxdur. Fransanın da Türkiyə mövzusunda xüsusən seçki ərəfələrində daxili siyasət müzakirəsi açmaması ən haqlı gözləntimizdir”.

turkiye prezidenti
emanuel makro
Loading...
close
close