Türkiyə və Rusiya razılaşdı: Sxem hazırdır

  • Dünya
  • 06 İyun 2022 13:55
  • Oxunub: 128

Ukrayna, Rusiya və Türkiyə taxıl daşıyan gəmilərin Odessa limanından hərəkətinin ilkin sxemi barədə razılığa gəliblər.

Kanal.az xəbər verir ki, bu barədə “İzvestiya”ya yüksək vəzifəli şəxs bildirib.

“Ukraynanın ərazi sularında Türkiyə hərbçiləri minalardan təmizləmə ilə məşğul olacaq, onlar həmçinin gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Orada rus gəmiləri qarşılanacaq və İstanbul boğazına qədər müşayiət olunacaq. Hələlik bu sxem yalnız Odessa üzrə razılaşdırılıb”, - mənbə qeyd edib.

Bildirilir ki, Ukrayna akvatoriyanın razılaşdırılmış hissəsindən minaları təmizləmək və “taxıl dəhlizi” yaratmaq üçün Türkiyə gəmilərinin öz ərazi sularına buraxılmasına razılaşıb:

"Sxem Türkiyə və Ukrayna ilə razılaşdırılıb, gəmilərin dəqiq marşrutunu müəyənləşdirmək qalır”.

Qeyd olunur ki, iyunun 8-9-da “yol xəritəsi” təsdiq olunacaq. Danışıqlarda BMT nümayəndələri də iştirak edəcək.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...