1Xbet
1Xbet
Türkiyə Rusiyadan vaksin alınması üçün danışıqlara başlayıb – VİDEO
Gündəm, Dünya
26.03.2021 02:10
443

Türkiyə Rusiyadan vaksin alınması üçün danışıqlara başlayıb – VİDEO

Loading...

Türkiyənin səhiyyə naziri Fahrettin Koca elmi şuranın iclasından sonra videomüraciət yayımlayıb.

“Haber Global”ın məlumatına görə, videomüraciət nazirliyin “YouTube” səhifəsində yerləşdirilib.

F.Koca virusa qarşı qələbə hissinin yüksəlməsi fonunda vətəndaşlara xəbərdarlıq edib və sayıqlığı itirməməyə çağırıb. O qeyd edib ki, mayın sonunadək ölkəyə 100 milyon dozalıq peyvəndin çatdırılması gözlənilir.

Bununla yanaşı, nazir Rusiyadan “Sputnik V” peyvəndinin alınmasi ilə bağlı bu ölkənin müvafiq qurumları ilə danışıqların başlandığını bildirib.

F.Koca pandemiyanın nə zaman bitəcəyinin məlum olmadığını da vurğulayıb.  

 

turkiye
rusiya
peyvend
vaksin
Loading...
close
close