Türkiyə qərarını verdi - Səsvermə başa çatdı
Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.
Yerli vaxtla saat 17:00-da səsvermə yekunlaşıb.
Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.
- Dünya
- 14 May 2023