Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.
Kanal.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 21-də İraqın şimalındakı “Pənçə-Kilid” əməliyyat bölgəsində Türkiyə ordusunun çavuşu Sərcan Baş terrorçuların açdığı atəş nəticəsində şəhid olub”, - məlumatda bildirilib.