Türkiyə kəşfiyyatı PKK-nın liderlərindən birini məhv etdi
Türkiyə kəşfiyyatı PKK terror təşkilatının liderlərindən olan Erhan Armanı məhv edib.
Kanal.az xəbər verir ki, terrorçu Kobaninin “icra şurası”nın üzvü idi. Məlumata görə, terrorçu çox sayda silahlı hücumlarda iştirak edib.
Məhv edilən terrorçu Türkiyənin mümkün hərbi əməliyyatlarına qarşı qruplaşmanın müdafiəsinin təşkil edilməsi barədə planlar hazırlayıb.
- Dünya
- 01 Avqust 2022