Türkiyə ilə Rusiya arasında kritik görüş

Türkiyə ilə Rusiya arasında kritik görüş

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Türkiyənin Moskva səfiri Mehmet Samsar arasında görüş olub.

Kanal.az xəbər verir ki, Rudenko və Samsar Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

Görüş zamanı əsas diqqət regional problemlərin aktual məsələlərinə yönəldilib.

Təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.