
Türkiyə ilə istənilən problemi həll etməyə hazırıq - İsveç
Türkiyə ilə istənilən problemi müzakirə edib, həll eləməyə hazırıq.
Kanal.az xəbər verir ki, bu barədə İsveç Baş naziri Maqdalena Andersson NATO-ya üzvlük prosesi ilə bağlı açıqlamasında deyib.
“Türkiyə ilə təmas qurmağa çalışırıq və mümkün problemləri həll etmək üçün Türkiyəyə getməyə hazırıq”, - deyə Andersson bildirib.
Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya qoşulmasına qarşıdır.
- Dünya
- 17 May 2022