Türkiyə futbolunda belə şey olmamışdı

  • İdman
  • 11 Yanvar 2022 11:45
61dd2efff402b_158174_w1aeaup0h0
  • Oxunub: 134

Türkiyə futbolu tarixində bir ilk yaşanıb.

Kanal.az "Haberturk"ı istinadən xəbər verir ki, bu, "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin istefaya göndərilməsindən sonra baş verib. 

Bununla Türkiyənin 3-cü böyük klubu baş məşqçisiz qalıb. "Qalatasaray"dan əvvəl daha 2 böyük klub - "Fənərbaxça" və "Beşiktaş" da baş məşqçiləri Vitor Pereyra və Sergen Yalçınla yolları ayırmışdı. Onların yerinə daimi baş məşqçi təyinat olmayıb. 

Xatırladaq ki, "Trabzonspor"un 49 xalla lider olduğu indiki mövsümdə "Fənərbaxça" 32 xalla 4-cü, "Beşiktaş" 29 xalla 9-cu, "Qalatasaray" 27 xalla 12-ci yeri tutur.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...