
Türkiyə çalxalanır: "Zəlzələ sunidir, qəsdən törədilib"
“Türkiyədə baş verən zəlzələnin təbii halda baş verməsi o qədər də real görünmür”.
Kanal.az xəbər verir ki, siyasi ekspert Samir Hümbətov belə açıqlama verib. O hesab edir ki, zəlzələ süni müdaxilə ilə baş verə bilər. “Hesab edirəm ki, hökumət tərəfindən baş vermiş fəlakətin araşdırılması həyata keçriləcək” - siyasi ekspert Samir Hümbətov deyib.
Qeyd edək ki, episentri Qəhrəmanmaraş vilayətində yerləşən 7,7 bal gücündəki
zəlzələ Livan, Misir, İraq, Suriya və Kiprdə də hiss edilib. Türkiyədə 10 vilayətdə
fəsadlar törədən zəlzələ nəticəsində azı 912 nəfər həyatını itirib. 3 mindən
çox yaralı var. Suriyanın şimalında isə 240-ə qədər insan həyatını itirib. 600
yaralı var. Türkiyədə və Suriyada bir sıra binalar dağılıb. Dağıntılar altında
qalanlar var.
- Dünya
- 06 Fevral 2023