6411af1d06a3f202303234221

Türk səfirdən ingilis dilində danışan İbrahimə möhtəşəm jest - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Qubanın Xınalıq kəndinin sakini, 13 yaşlı İbrahimlə bağlı paylaşım edib.

Kanal.az xəbər verir ki, səfir polşalı bloqerlə ingilis dilində danışan İbrahimlə görüşüb.O, bu barədə öz “Twitter” hesabında yazıb.

“Bu gün Qubanın kəndlərindən birində yaşayan 13 yaşlı İbrahim Zeynalovla görüşdük. Eşitdim ki, hüquqşünas olmaq istəyir. Bu işdə ona uğurlar arzuladıq. Atasına dedik ki, onun təhsilinə dəstək olmağa hazırıq”, - deyə o, paylaşımında qeyd edib.