638719b99c485202211225209

Türk ölkələri arasında BÖYÜK RAZILAŞMA - Əraziləri dəyişdirirlər

Qırğızıstan Prezidenti Sadır Caparov Özbəkistan ilə sərhəd problemlərinin qarşılıqlı ərazilərin dəyişdirilməsi ilə həllini nəzərdə tutan sənədi imzalayıb.

Kanal.az xəbər verir ki, Qırğızıstanın Prezident ofisindən belə açıqlama verilib. Bildirilib ki, sənəddə Adnican su anbarından birgə istifadə edilməsi qeyd edilib.

Qeyd edək ki, sənəd hər iki ölkənin parlamentlərində səs birliyi ilə qəbul edilmişdi. Sənədə görə, Özbəkistan Qırğızıstana 19699 hektar ərazi verəcək. Andican su anbarının istifadəsinə dair qərarə görə, su anbarının yer aldığı 4485 hektar ərazi isə Özbəkistana veriləcək. Sənəd Özbəkistan Prezidenti Şavkat Mirziyayev tərəfindən də imzalandan sonra qüvvəyə minəcək.

Qırğızıstan-Özbəkistan sərhədi 1379 kilometrdir. Onun 200 kilometr ərazisi mübahisəli idi.