Türk general: Qarabağdakı erməni postları DARMADAĞIN EDİLMƏLİDİR
“Ermənistan 44 günlük Vətən Müharibəsinin yekununda tarixdə bir dövlətin uğrayacağı ən böyük məğlubiyyəti yaşadı. Bu, Ermənistan üçün ən utancverici məğlubiyyət idi. Bu müharibədən sonra erməni xalqının və Ermənistan ordusunun döyüşmək əzmi, qətiyyəti sındı.Kanal.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Yücel Karauz Ermənistan orudusunun Azərbaycanla cəbhə xəttindəki, Qarabağdakı ermənilərin isə rusiyalı sülhməramlıların məsuliyyət zonasındakı ərazilərdəki son təxribatlarından danışarkən deyib.Türkiyəli general bildirib ki, Azərbaycanın azad olunan ərazilərdəki apardığı sürətli yenidənqurma işləri onların rahatlıqlarını pozur: “İşğaldan azad edilən ərazilərdəki sürətli yenidənqurma və inkişaf ermənilərin şüurlarında, beyinlərində Azərbaycanın əzizici gücünü hiss etmələrinə səbəb olub. Bunun nəticəsidir ki, keçmiş “Dağlıq Qarabağ” klanının rəhbərliyi altındakı qruplar atəşkəsi pozmaqdadırlar. Onlar bu təxribatlarla atəşkəs razılaşmasının sülh sazişinə çevrilməsini əngəlləməyə çalışırlar. Ermənistan isə 44 günlük müharibədə öz ordusunun arsenalının 60-65 faizini itirib. Onlar indi Bakıdakı Hərbi Qənimətlər Parkında sərgilənir. Ermənistan xalqı da artıq müharibə istəmir. Başqasının əlində alət olmaq, özgənin torpaqları uğrunda övladlarını ölümə göndərmək istəmirlər. İrəvan növbəti müharibə qərarı verərsə, bu Ermənistan üçün siyasi və hərbi intihar deməkdir. Üstəlik, bu ölkənin növbəti müharibə aparmaq imkanları da yoxdur.Türkiyə ilə imzalanan “Şuşa bəyannaməsi” gec-tez Qafqaz regionuna qalıcı istiqrarı, sülhü gətirəcək. Bu işlərin Rusiya və onun prezidenti Putinlə koordinasiyalı şəkildə aparılması Azərbaycanın və Türkiyənin milli maraqlarına xidmət edən qalıcı sülhün təmin olunması üçün təməl prinsiplərdən biridir. Dolayı yolla ifadə etsək, bu təməl prinsiplərdən uzaqlaşmadan ermənilərin təxribatlarına beşqat, onqat cavab verilməlidir. Azərbaycan mövqelərinə mərmi atan postlar dağıdılmalıdır"