63888cee376a0202212221558

Türk dövlətləri arasında tarixi nifaq sona çatdı - Torpaqları dəyişdirdilər

Qırğızıstan Prezidenti Sadır Caparovdan sonra Özbəkistan Prezidenti Şavkat Mirziyayev də sərhəd problemlərinin ərazilərin qarşılıqlı dəyişdirilməsi ilə həllini nəzərdə tutan sənədi imzalayıb.

Kanal.az Anadolu agentliyinə istinadən xəbər verir ki, sənəddə Adnican su anbarından birgə istifadə edilməsi qeyd edilib.

Qeyd edək ki, 13 maddədən ibarət sənəd hər iki ölkənin parlamentlərində səs birliyi ilə qəbul edilmişdi. Sənədə görə, Özbəkistan Qırğızıstana 19699 hektar ərazi verəcək. Andican su anbarının istifadəsinə dair qərarə görə, su anbarının yer aldığı 4485 hektar ərazi isə Özbəkistana veriləcək. Sərhədin mübahisəli əraziləri ilə bağlı ümumi sərhəd müəyyənləşdirilib.

Qırğızıstan-Özbəkistan sərhədi 1379 kilometrdir. Onun 200 kilometr ərazisi mübahisəli idi.