665ee8ce7490c202406241334

Toy gecəsinin biabırçı adətləri

Dünyanın bir çox xalqlarında toy gecəsi iki gəncin qovuşmasından ziyadə, həm də əsrlərlə riayət edilən ritualların icra olunması üçün imkandır.

"Qafqazinfo" modern.az-a istinadən dünya xalqlarında toy gecəsi ilə bağlı bır sıra adətləri təqdim edir:

Meksika, Peru və Braziliyada toy gecəsi yeni evlənmiş cütlük ər-arvad vəzifələrini icra etməzdən öncə ayın bədrlənməsini gözləməlidirlər. Bəzən bunun üçün həftələrlə vaxt tələb olunur.

Samoada yeni evlənmiş cütlük qızın valideynləri ilə bir yataqda sevişməlidirlər. Əgər sevişərkən qızın valideynləri oyanarlarasa, qədim adətə görə onlar təzə bəyi döymək hüququna malikdirlər.

Hindistandakı bir sıra xalqlarda toydan sonra 3 gün ərzində sevişmək qadağandır. Hesab olunur ki, bu, gəlinləri mühafizə edən ilahənin qəzəbinə səbəb ola bilər. Buna görə gənclərin yatağına ortadan udumbura adlanan ağacdan hazırlanmış xüsusi dəyənək qoyulur.

Şimali Afrikada isə uzun illər başqa bir adət mövcud idi. Toy günü bütün qonaqlar bir nəfər kimi gəlinlə yatdıqdan sonra öz toy hədiyyələrini təqdim edirdilər.

Qədim slavyanlarda toy gecəsi bəylə gəlin tək qalmırdılar. Bəyin böyük qardaşları onları seyr edirdilər. Nəslin artması hər şeydən vacib olduğuna görə bəydə cinsi zəiflik olsaydı, böyük qardaşlar bəyin funksiyalarını icra etməli idilər.

sərxoş olacaqları üçün bəylə gəlinə cinsi əlaqədə olmaq da qadağandır.

Afrikanın mərkəzi bölgələrində yaşayan Baxutu tayfasının toy gecəsinə öz baxışı mövcuddur. Belə ki, Baxutu tayfasında toy gecəsi bəylə gəlin nəinki bir-biri ilə yaxınlıq etməməli, həm də bir-biri ilə dalaşmalıdırlar.

Gəlin cırmaq atmaq və dişləməklə, bəysə yumruq zərbələri ilə müdafiə olunmalıdır. Bütün gecə davam edən mübarizə səhər açılanda tərəflərin öz ata evlərinə qayıdaraq istirahət etməsi ilə davam edir. Gecə yenidən öz ortaq evlərinə gələrək davalarını davam etdirirlər. Bu, xanım bütün gücünü tükədənə və ərinə qarşı aqressiyası yox olana qədər davam edir. Bundan sonra o ərinin evinə köçür və onunla sülh şəraitində yaşamağa başlayır.