Toy gecəsi bəyi yaxına buraxmadı, səhəri gün rəzillik yaşandı - Gəlinin yalvarışları da fayda etmədi

  • Dünya
  • 24 Sentyabr 2025
68d3cb1e7bc04202509254238

Səudiyyə Ərəbistanında təzə bəy toy gecəsi telefonla mesajlaşan gəlinə həyatının şokunu yaşadıb.

Kanal.az baku.ws-ə istinadən bildirir ki, şadlıq evindən çıxıb ilk gecələrini keçirmək üçün otelə gedən bəylə gəlin arasında mübahisə yaranıb.

Belə ki, təzə gəlin telefonda dostlarının təbrik mesajlarını cavablandırdığından bəyi yatağına buraxmayıb. Gəlinin dostlarının onun üçün yenicə ailə qurduğu şəxsdən önəmli olduğunu deməsi isə bəyin səbrini tükədib. Oteli tərk edən bəy boşanmaq üçün məhkəməyə müraciət edib. Gəlinin sonrakı yalvarışları və hakimin düşünmək üçün vaxt təklif etməsi də bəyi yumşaltmayıb. O, boşanmaqda israrlı olduğunu bəyan edib.

Oxşar xəbərlər