646b54f919830202305234145

Tovuzda evdən qaçan qız bu şəhərdə tapıldı - Evlənmək üçün evdən qaçıbmış

Tovuzda itkin düşən 13 yaşlı qız tapılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, 2000-ci il təvəllüdlü Əfsanə Tağıyevanın Xaçmazda olması müəyyən edilib: “Tovuz RPŞ əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”.