Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
"Ölkə.az" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Aktrisanın həyat yoldaşı onun öz səhifəsində açıqlama yayaraq xəbəri yalanlayıb:
“Biz ailə quranda o qədər söz yazdılar. Nə həyat yoldaşım, nə də mən ailə qurandan heç kimə bir kəlmə demədik. Həyat yoldaşım dünyadan köçdü, mən qaldım. Yenə də səhifəsində şərh sayı çox olacaq deyə bizdən yazırlar. Allahdan ar etmirsiniz?! Allah tez haqq-hesab çəkəndir, bilmirsiniz? Mənim dərdim mənə bəsdir, zatən ölmüşəm bir də siz öldürməyin. Şər atana, yalan yazana, haqqımıza girənə Allahın lənəti olsun. Mənim həyat yoldaşım var, sadəcə dünyanı tərk edib. Yaxın zamanda inşallah yenə bir araya gələcəyik. Mən ölənə kimi yoldaşıma xəyanət etməyəcəm, etsəm, Allaha xəyanət etmiş olaram”.
Qeyd edək ki, T. Əliyeva ötən il xərçəngdən dünyasını dəyişib. (OLAY
- Şou biznes
- 06 May 2024