tokayev

"Tokayevi əvəl axır ələ keçirib asacaqlar"

Qazaxıstan faciəsi...

GDP (ümumi istehsal olunan məhsulun dollarla qiyməti) və orta əmək haqqına görə Qazaxıstan keçmiş sovet respublikaları arasında demək olar ki, yuxarı pillədə dayanır.  Bəs nə üçün camaatın küçələrə çıxması 2 gün ərzində qazın qiymətinin qaldırılması məsələsindən siyasi müstəviyə keçib. İlk tələb Nazarbayevin siyasi səhnəni tərk etməsi, onun ardınca prezidentin istefası tələbi irəli sürülüb. Çox ehtimal Prezident balaca bir regionda baş verən etiraz mitinqlərinin inkişaf edəcəyini bilirmiş. Tələm tələsik höküməti istefaya göndərdi və qorxaqlıq əlaməti olaraq "məni heç kim yerimdən tərpədə bilməz" dedi. Çox ehtimal əvvəldən o Rus qoşunlarını Qazaxıstana çağıracağı və bu qoşunların sərhəddə gözlədiyini və bir neçə saata Qazaxıstana daxil olacağını bilirdi. İlk növbədə Qazaxıstanın prezidenti Tokayev bütün parametirləri ilə prezidentliyə layiq deyildi. Onun ən böyük vəzifəsi Qazaxstanın Rusiyada səfiri vəzifəsi ola bilərdi. Nazarbayev onun ailəyə sadiqliyinə görə hakimiyyətə gətirdi. Ancaq o, nə Nazarbayevi, nə də onun ailəsini qoruyub saxlaya bilmədi, indi özünü saxlamaq naminə xalqını qırmağa hazırlaşır. Rusların Qazaxıstanda yerləşməsi ona cəsarət gətirib. Bu insanın səhvləri: 1.ilk növbədə tələm tələsik höküməti istefaya göndərməkdir.Prezident özünün sədri olduğu komisiya yaratmalı və 5 gün analiz edəndən sonra hansı qərara gəldiyini elan etməlidir.  2.Bu insan qazın qiymətini aşağı saldı ancaq o etiraza qalxan regionda, nəticədə sabahısı bütün Qazaxstan ayağa qalxdı. Məgər ağlı olan adam belə bir iş görərmi. 3.Bu öz xalqına qazax yox rus dilində müraciət etdi. Mən qazaxlarla çox yaxşı tanışam. Bu ölkədə qərbi ukrainalılar kimi çox saylı millətçilər var. Əgər yadınızdadırsa psevdo ağıllı Putin ümumiyyətlə Qazaxıstanda heç vaxt dövlət olmayıb bəyanatını verəndə Qazaxıstan ziyalılarının cavabları ona və ruslara qarşı nifrətlə dolu cavablar idi. 21 milyon əhalisi olan Qazaxstanın əhalisinin 16 miliyonu qazaxdır, cənab prezident.4. O faktiki Rusiya qoşunlarını Qazaxıstana çağırdı. Rusiyada bunu sülh məramlı qüvvələr adlandırdı. Bu adam guya indiyə qədər sülh məramlı qüvvələr bir ölkədə iki xalqın bir birinə qarşı vuruşması və ya bir dövlətin o biri dövlətə hucum edib əhalini qırması zamanı adlana bilər. Qazaxstana yeridilən hərbi qüvvələr sülh məramlı deyil, prezidenti qorumaq üçün və ölkəni faktiki işğal edib bazalarını Özbəkistan və Türkmənistanla sərhəddə yerləşdirməkdir. 1990-cı ildən 10 il müddətində Nazarbayev ondan öncə ölkənin başçısı olmuş Kunayevin siyasətini davam etdirdi və bir çox yaxşı nəticələrə nail oldu. Sonra işdən istefa verib gedəndə yerinə nökər xislətli Tokayevi gətirdi. Ancaq yeni postlar yardıb (konstitusion) özünü sədr elan etdi və ölkənin real rəhbəri Nazrbayev idi, Tokayev yox. Ölkədə iki hakimiyyət mövcud idi, bir çoxları Tokayevə tabe olmurdu, onu adam yerinə qoymurdular. Xaraktercə zəif olan Tokayev təki postuma dəyməsinlər, nə istəyirlər etsinlər pozisiyası tutdu. Bu da axırı. Bu insan camaatın içərisinə çıxmır. Rayonlara getmir, camaatla ürəkdən söhbət etmir. Camaat bu adamı televizordan və rus dili ilə danışması ilə tanıyır. Nəticədə Nazrbayev və ailəsi Qazaxstandan qaçdı. Tokayevi isə əvəl axır ələ keçirib asacaqlar... Rəsul Quliyev, eks-spiker