TikTok-da əxlaqsızlıq, mədəniyyətsizlik və tərbiyəsizlik təbliğ edilir - Ədalət Şükürov

  • Şou biznes
  • 15 Fevral 2022
620b96802911d_1562234050_180585_e8o11z6ge6

Əməkdar artist Ədalət Şükürov Azərbaycanda TikTok istifadəçilərindən narahatdır. 

Kanal.az yazır ki, bu barədə sənətçi “MTV Xəbər”ə açıqlamasında bildirib. 

Şükürov platformada əxlaqsızlığı təbliğ edənləri qınayıb:

“TikTok-da 100 min izləyicim var. Çox lazımlı bir sosial şəbəkədir. Buna baxmayaraq, əksəriyyəti başqa cür istifadə edir. Əxlaqsızlıq, mədəniyyətsizlik və tərbiyəsizlik var. Bunların mənə aidiyyatı yoxdur. Biz sadəcə çıxışlarımızı paylaşırıq. Başqa blogerlər isə oradan pul qazanır”. / Olay.az

Oxşar xəbərlər