Tibbi sığortası olan şəxs müayinə üçün pul ödəyəcəkmi? – AÇIQLAMA+VİDEO
Ölkə
04.04.2021 15:35
522

Tibbi sığortası olan şəxs müayinə üçün pul ödəyəcəkmi? – AÇIQLAMA+VİDEO

Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir il müddətində, yəni 2022-ci il yanvarın 1-dək müştərək maliyyələşmə məbləğinin yığılmasını dayandırmağı düşünür.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib. 

“Koronavirusla mübarizə çərçivəsində bəzi xəstəxanalar fəaliyyətini dayandıraraq, yalnız koronavirusa yoluxmuş xəstələrə xidmət göstərir. Bu isə əhalinin xidmət almaq imkanlarını bir qədər məhdudlaşdırır.

Bu səbəbdən agentlik bir il müddətində müştərək maliyyələşmə məbləğinin yığılmasını dayandırmağı düşünür. Bu o deməkdir ki, əgər pasiyent müraciət qaydasını pozarsa, yəni ailə həkiminə deyil, birbaşa ixtisas həkiminə müraciət edərsə, ödəməsi lazım olan 5 AZN məbləğindəki vəsaiti ödəməyəcək”,- o bildirib.

tibbi sığorta
sigorta
Loading...
close
close