637f24eaae132202211220146

Terrorçular Baydenə yalvardı - "Ərdoğanın qarşısını alıb, bizi xilas et"

Türkiyə hava qüvvələrinin Suriyanın və İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində PKK/YPG terrorçularından ibarət “Suriya demokratik qüvvələri” ciddi itkilər verib.

Kanal.az xəbər verir ki, “Suriya demokratik qüvvələri”nin liderlərindən hesab edilən Mazlum Abdi ABŞ-ın “Associated Press” və “Politico” agentliklərinə açıqlamasında Vaşinqtondan kömək istəyib. O, birbaşa Prezident Co Baydenə səslənərək, ABŞ liderinin Prezident Rəcəb Tayyib Ərdoğanın planlarının qarşısını almaq üçün lazımi qədər səy göstərmədiyini irəli sürüb. Mazlum Abdi seçkilər zamanı Baydenin “kürdlərə xəyanət etməmək lazımdır” vədini xatırladaraq qeyd edib ki, kürdləri müdafiə etmək ABŞ-ın məsuliyyətidir.

Qeyd edək ki, İstanbuldakı terror aktından sonra Türkiyə ordusu Suriyanın və İraqın şimalında “Pəncə-Qılınc” hərəkatına başlayıb. 254 terrorçu məhv edilib.