64285a905068c202304232344

Təranə əri Musanı məsxərəyə qoyanları təhqir etdi: “Quduzluq iynənizi almışam” - VİDEO

Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin dünyaca məşhur və dillərdə əzbər “Amor Mio” ifasını məsxərəyə qoyanlara cavab verib.  
Kanal.az Bizim.Media -ya istinadən xəbər verir ki, sənətçi sözügedən məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək, izləyiciləri təhqir edib. 
“Danışıb, dayandınız? Sözüm sosial şəbəkələrdə haqqımızda yazanlaradır: İt hürər, karvan keçər. Bunun nə zaman dayanacağını gözləyirəm. Narahat olmayın, quduzluq iynənizi də almışam, bu yaxınlarda vuracağam”, - deyə Təranə vurğulayıb. 
Müğənni sosial şəbəkə əhlindən gələcək tənqidlərdən özünü qorumaq üçün paylaşımının şərh bölməsini bağlayıb.